Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Keçmiş polis rəisi koronavirusa yoluxdu

  • 2020.03.28 10:19
  • 3154 Baxış
Keçmiş polis rəisi koronavirusa yoluxdu
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim".


Bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov müsahibəsində deyib.


Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.
O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.

20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacağam, ancaq o müharibə ilə bu mübarizə, demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır".

B.Məmmədovun qısa müsahibəsinə videonun 04:35-ci dəqiqəsində baxa bilərsiniz.