Dağıstanın keçmiş idman naziri istintaq təcridxanasında intihara cəhd edib.
Medicina.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, sabiq nazir Maqomed Maqomedov saxlandığı “Matrosskaya Tişina” istintaq təcridxanasında bədənində çoxsaylı kəsiklərlə tapılıb.
“Baza Telegram” kanalının məlumatına görə, Maqomedov iyulun 19-dan 20-nə keçən gecə öz həyatına son qoymağa cəhd edib. İstintaq təcridxanasının mühafizəçiləri onu səhər saatlarında ölümcül halda tapıblar. Keçmiş nazir təcili olaraq Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Xatırladaq ki, Maqomed Maqomedov 2012-2021-ci illərdə Dağıstanın idman naziri olub. Daha sonra isə Kızılyurt bələdiyyə sədri vəzifəsində çalışıb.
O, 2023-cü il oktyabrın 3-də saxlanılaraq Moskvaya aparılıb. Oktyabrın 4-də korrupsiyada və mütəşəkkil cinayətkar qruplarla əlaqədə şübhəli bilinərək həbs edilib.
Aysel