Qax rayonunda keçmiş bələdiyyə sədri vəfat edib.
Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qum kənd sakini 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlər xəstəni müayinə etdikdən sonra Bakı xəstəxanalarından birinə göndəriblər. F.Həşimov bu gün həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İlkin məlumata görə, onun dərmandan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.