Keçi südünün insan orqanizminə faydaları hələ qədim zamanlardan məlumdur. Hətta Hippokrat da öz əsərlərində keçi südünün müalicəvi xüsusiyyətlərindən geniş bəhs etmişdi.
Kalium və maqnezium kimi elementlərlə zəngin olan keçi südü ürək üçün həqiqətən xeyirlidir. XIX-cu əsrdə İsveçrə kurortlarında keçi südü vərəmin müalicəsində çox geniş şəkildə istifadə olunub.
Keçi südü insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin xəstəlikdən sonra bərpa olunmasını sürətləndirir. Tez-tez xəstələnən, zəif uşaqlar üçün keçi südü çox faydalıdır.
Medicina.az xəbər verir ki, saytı keçi südünün faydalarını təqdim edir.
-Ürəyə faydalıdır
-Kaliumla zəngindir
-Tərkibində maqnezium var
-Vərəmin müalicəsində effektlidir
-İmmuniteti gücləndirir
-Uşaqların tez-tez xəstələnməsinin qarşısını alır
-A, B, E vitaminləri ilə zəngindir
-Sümüklərə xeyirlidir
-Dişlərə faydalıdır
-Mədə xorasını və eroziyaları sağaldır
-Tərkibinə görə ana südünə yaxındır - zülallar, karbohidratlar, yağlarla zəngindir
-Orqanizm tərəfindən daha asan mənimsənilir
-Allergik reaksiyalara daha az səbəb olur
-Orqanizmi cavanlaşdırır
-Astmanın sağalmasına kömək edir
-İltihablanmanı əngəlləyir
-Həzmi asanlaşdırır
-Mədədə selik əmələ gətirmir
-Onkoloji xəstəliklərin qarşısının alınmasında faydalıdır
-Varikoza müalicəvi təsir göstərir
-Bağırsağı bakteriyalardan təmizləyir