Keçi südünün tərkibində koronavirusa qarşı effektiv təsir edən maddələr ola bilər.
Bu barədə türk alimlər araşdırma aparır. Keçi südündə olan zülal maddələri koronavirusa qarşı qoruyucuya çevrilə bilər.
Alimlərin sözünə görə, keçi südündəki zülalın tərkibində bioaktiv hissəciklər insanın ağ ciyərlərində olan enzimləri tutaraq virusun ciyərə daxil olmasını əngəlləyə bilər. Bu barədə türk alimlərin elmi məqalə Avropanın nüfuzlu jurnallarında da dərc olunub. Araşdırmalar davam edir.