Rusiyalı qız saçlarının gözəlliyi ilə görənləri heyran edir.
Medicina.az xəbər verir ki, Anastasia bu cür gözəl saçlara keçirdiyi ağır xəstəlikdən sonra sahib olduğunu bildirib.
18 yaşında androgenetik alopesi diaqnozu qoyulan qızın saçları tökülməyə başlayıb. Keçirdiyi ağır stresə görə isə tamamilə saçsız qalan Anastasia xəstəlikdən sonra möcüzə baş verdiyini deyib.
"Az da olsa saçım çıxsın deyə mütəxəssis yanına baş vurdum və müalicəyə başladım. Ancaq həkim belə bu sonluğu gözləmirdi”,- deyə gənc qız bildirib.
Rusiyada yayımlanan Pantane şampun reklamına çəkilən 23 yaşlı Anastasia saçının şəklini instagram hesabında paylaşaraq, "Saçlarımı ilk dəfə ölçdürdüm və 1.60 sm uzunluğundadır” cümləsini yazıb.
Hər gün sadəcə müntəzəm olaraq Omega 3 və D vitamin içdiyini söyləyən qadın saçlarını yuduqda sonra necə quruttuğu barədə də bəhs edib: "Saçlarımı yuduqdan sonra yarısı quruyana qədər açıq havada oluram, 60 faizi quruduqdan sonra isə fendən istifadə edirəm”.
Qeyd edək ki, gənc qadın saçından həm də biznes məqsədləri üçün istifadə edir. Belə ki, reklam gözəli qadınlara güclü saçlara sahib olmağın qaydalarını adam başına 54 pound alaraq deyir.