Meksika Puebla əyalətinin qubernatoru Muegal Barbosa, yoxsul insanların koronavirus narahatçılığına heç bir əsas olmadığını söyləyib.
“Əgər varlısınızsa, risk qrupundasınız, kasıbsınızsa - yox, yoxsullar immunitetlidir" deyə Publimetro Barbosanın sözlərindən sitat gətirib.
O həmçinin qeyd edib ki, koronavirus yalnız varlı insanlara təsir göstərir.
Qubernatorun sözlərinə görə, virusa əksərən xaricdə istirahətdə olanlar yoluxub.
Ştatda 38 yoluxma hadisəsi var. Ümumilikdə ölkədə isə 500-ə yaxın koronavirus yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, daha əvvəl Belarusiya Prezidenti Aleksandr Lukaşenko da koronavirus infeksiyasının yayılma səbəbini "psixoz" halı kimi qəbul etdiyini bildirmişdi.