Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kartofu soyub bişirmək, ətlə yemək olmaz – SƏHVDİR

  • 2018.10.13 14:45
  • 15180 Baxış
Kartofu soyub bişirmək, ətlə yemək olmaz –   SƏHVDİR

Elə ailə yoxdur ki, hər gün kartofdan nəsə hazırlamasın. Amma çox qidalarda olduğu kimi kartofu da yanlış hazırlayırıq. 


Medicina.az xəbər verir ki, dietoloqlar və həkimlər kartofu qabıqlı yalda suda və ya sobada bişirib yeməyi tövsiyyə edir. Ən faydalı kartof manqalda və ya közdə qabıqlı bişmişidir. Yalnız bu zaman kartofda olan maddə və vitaminlər insan orqanizminə keçir. Çünki kartofun qabığı içindən daha faydalıdır. Karfotun qabığını soyanlar bilsin ki, onu zibil qutusuna atmış oldular. 


Kartofu ət yanında qarnir kimi vermək isə ən səhv seçimdir. Ağır ət yeməyi yanında kartof mədəni əlavə yükə salır və həzm sisteminə zərərdir. O zaman nə ət, nə də kartof normal mənimsənilmir. Kartofu göyərti, kələm, pomidor və digər tərəvəzlərlə birgə və ya ayrıca yeyin.