İnsan orqanizmi üçün ən faydalı kartof qırmızı kartof hesab edilir.
Medicina.az xəbər verir ki, sağlamlıq üçün faydalı olan kartofu düzgün şəraitdə saxlamadıqda tərkibində zəhərli maddə yaranır ki bu da birbaşa zəhərlənməyə yol aça bilər. Zəhərlənməyə yol açan maddə isə solanindir. Bu baxımdan kartof
qaranlıq yerdə saxlanılmalıdır. İşığın təsirindən kartof göyərir və cücərir.
Qeyd edək ki, kartofda olan xeyirli maddələri saxlamaq üçün tərəvəzi az miqdarda suda bişirmək vacibdir.