Qızardılmış kartof və soğan halqaları insan sağlamlığına ciddi ziyan vurur.
Medicina.az xəbər verir ki, alimlər kartof qızartması və qızardılmış soğan halqalarının tərkibində demansiya riskini artıran kimyəvi maddələr ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Müəyyən edilib ki, bu qızardılmış qidalar həddindən artıq çəki artımına səbəb olmaqla yanaşı, təkrar istifadə edilən qızartma yağları səbəbilə zərərli komponentlərlə doludurlar.
ABŞ-ın Çikaqo Universitetinin alimləri tərəfindən aparılan araşdırma bu cür qidalar yeyən laboratoriya siçanlarının koqnitiv qabiliyyətlərinin azaldığını göstərib.
Yenidən istifadə edilən qızartma yağı ilə hazırlanmış yeməklərlə bəslənilən siçanlarda iltihab, qan damarlarında zədələnmə və idrak qabiliyyətlərinin zəifləməsi müşahidə olunub.
Bu cür qidalar verilən siçanlarda ən çox rast gəlinən hal isə beyin zədələnməsi olub.
Elm adamları bildiriblər ki, çox yüksək temperatura gətirilən yağlar bəzi maddələr mübadiləsi pozğunluqları ilə əlaqələndirilir.
Alimlər araşdırmanın insanlar üzərində sınaqdan keçirilməsi üzərində çalışdıqlarını, siçanlar üzərindəki nəticələrin isə narahatlıq doğurduğunu qeyd ediblər.
Tədqiqatın nəticələri Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin illik toplusunda dərc edilib.
Aysel