Hansı xörəyi çörəklə yesəniz də, kartofla çörək yeməyi unudun.
“Medicina” xəbər verir ki, Boston uşaq hospitalının tədqiqatçıları çörəklə kartof yeməyin beyində spazm yaratdığını sübut edib.
Bu kəşf kartof çörək yedikdən sonra niyə insanın ağırlaşdığının səbəbini açır.
Amerika alimləri 4 saat ərzində kartof çörək yedikdən sonra insanların beyni müasir texnologiya ilə skan ediblər.
Nəticələr göstərib ki, hər ikisi karbohidrat və yüksək qlikemik indeksli qida olduğu üçün beyində 2 sahənin aktivliyini qarışdırdığını və pozduğunu sübut edib.
Bu kəşfin tibbi praktiki əhəmiyyəti var, o, insanları diabet və piylənmədən qoruya bilər.
Kartofla un məmulatı qanda şəkəri kəskin yüksəldir.
Belə adamlar sadəcə 2 karbohidratı eyni vaxtda yeməkdən imtina etsə, əməliyyata belə ehtiyac olmadan arıqlayacaq.
Aygün Musayeva