Bu tərəvəz əslində faydadan çox zərər verir.
“Medicina” xəbər verir ki, həkim Mixail Qinzburq həddən artıq çox kartof yeməyin hansı xəstəliklər yaratdığını açıqlayıb.
“Kartof diabet, piylənmə, ateroskleroz, yüksək təzyiqin səbəbkarıdır.
Bu tərəvəzdə həddən artıq çox sürətli karbohudrat var.
Nişastalı ərzaqlar 2 qrupa bölünür. Ləng və sürətli karbohidratlı.
Onların fərqi nişastanın nə qədər tez parçalanması və həzm olunmasındadır. Ləng karbohidratlar gec və asta parçalanır, bu isə yaxşıdır. Parçalanma sürətli olarsa, qana qlükoza tez sıçrayır və orqanizm əziyyət çəkir, maddələr mübadiləsi pozulur.
Ona görə kartof sevərlər bu tərəvəzin miqdarını kəskin azaltmalıdır.
Zərərini azaltmaq üçün onu qabıqlı halda suda bişirin və isti-isti yeməyin, kartof bir az soyumalıdır.
“Soyumuş kartofda nişasta daha gec parçalanır və ya heç parçalanmır.
İkinci tövsiyə kartofu həmişə digər tərəvəz və göyərti ilə yeyin, bu zaman karbohidratların sovrulması gecikir. Ümumiyyətlə isə kartofu ayda 1-2 dəfədən artıq yeməyin”.
Aygün Musayeva