Bir qrup amerikalı və avstraliyalı alim kariyesin yaranma səbəbini müəyyən edib.
Medicina.az-ın məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bu xəstəliyin genetik meyilliliyi mövcud deyil.
Kariyesin yaranmasının başlıca səbəbləri qeyri-sağlam həyat tərzi və ağız boşluğunun qayğısına qalmamaqdır.
Mütəxəssislər 300-ə yaxın 5-11 yaş arası əkiz uşaqlar arasında aparılan tədqiqar nəticəsində bu qənaətə gəlib.
Kariyesin olmaması üçün alimlər kiçik yaşlarda, dişlər çıxmağa başlamamışdan ağız boşluğunun qayğısına qalmağı tövsiyə edirlər.