Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardiomiopatiya - ürəyin naməlum xəstəliyi - Səbəbləri, əlamətləri

  • 2019.11.21 18:25
  • 10484 Baxış
Kardiomiopatiya - ürəyin naməlum xəstəliyi  - Səbəbləri, əlamətləri

1995-ci ildə ÜST xəstəliklər siyahısına yeni ürək xəstəliyi əlavə etdi. Kardiomiopatiya – miokardın naməlum etiologiyalı patologiyası olub, ürəyin aktiv funksionallığının pozulmasıdır. Başqa sözlər, bu xəstəlik ürək əzələsinin birincili dəyişikliyidir. Burda nə iltihab olur, nə işemiya, nə şiş, nə də digər səbəb. 


Miokard hissəsində distrofik dəyişikliklər və skleroz yaranır, nəticədə ürək çatışmazlığı proqres edir.




İkincilu kardiomiopatiyanın isə tətikləyici səbəbləri bəllidi: ürəkdə işemiya varsa, dərman və alkoqolun toksiki təsiri, arterial təzyiq, vaskulit və digər faktorlardan ikincili kardiomiopatiya yaranır.




Medicin.az xəstəliyin əlamətlərini və müalicə metodlarını təqdim edir:




Xəstələrin 80%-i kişilər olur. Ən geniş yayılmış forması dilatasion formadır, sol mədəciyin ölçüsü böyüyür, ümumilikdə ürəyin həcmi artır.

Bu gün bu xəstəliyin dəqiq səbəbi bilinmir. Daha çox genetik, irsi səbəb üzərində dayanırlar. Amma çox içki qəbul etmək, virus agentlərinin ürəyə hücumu, autoimmun xəstəliklər də səbəb gətirilir. 




Simptomları:




Zamanla əlamətlər müxtəlif formada özünü göstərir. 

-Xəstə təngnəfəs olur

-Halsızlıq, zəiflik

-Sanki boğulma, nəfəsin çatmaması

-Döş qəfəsi öndən və arxadan ağrı




-Qan durğunluğu səbəbindən qaraciyərin ölçüsü böyüyür

-Ayaqlar şişir

-Döş qəfəsinə maye yığılır

-Ürək ritmi, nəbz pozulur

-Baş gicəllənir

 

 




Diaqnoz üçün kardioloq tərəfindən elektrokardioqrafiya aparılır. Ən yaxşı metod EXQ-dir. Lazım gələrsə MRT, KT təyin edilr. 




Müalicə ilk növbədə ağırlaşmaların qarşısını almaq, ürəyin patoloji dəyişikliklərini yavaşıtmağa yönəlir. 




2019-cu ildə aparılan tədqiqat zamanı, Karvedilolun kardiomiopatiyalı xəstələrdə effekt verdiyi sübut olunub. 

Xəstə vaxtında düzgün müalicə olunmazsa, letal sonluq ola bilər. 



Kardiomiopatiya - ürəyin naməlum xəstəliyi  - Səbəbləri, əlamətləri