Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardioloqlardan xeyriyyə aksiyası - Millət vəkili cənub bölgəsində

  • 2019.05.07 19:08
  • 5805 Baxış
Kardioloqlardan xeyriyyə aksiyası -  Millət vəkili cənub bölgəsində
"Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” deviziilə xeyriyyə aksiyasına start verilib


Medicina.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan humanitar aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının peşəkar həkimlərindən ibarət tibbi heyət cənub bölgəsində 500-dən çox  sakinə xidmət göstərəcək


 "Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” devizi ilə ölkənin cənub bölgəsində - Astara rayonunuda humanitar aksiyaya start verilib. Xeyriyyə tədbiri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səyyar hospitalı və Mərkəzi Gömrük Hospitalının peşəkar həkimlərindən ibarət tibbi heyətinin iştirakı ilə keçirilir.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan üç günlük aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi altında hospitalın təcrübəli kardioloqları- 16 nəfərlik heyət ümumilikdə 500-dən çox sakini müayinədən keçirəcək, həmçinin onlara digər zəruri tibbi xidmətlər  göstərəcək.  Aksiyanın ilk günündə müayinə və müalicəyə cəlb edilən sakinlər onlara göstərilən təmənnasız  və yüksək səviyyəli tibbi xidmətdən məmnun qaldıqlarını bildiriblər.


Rəşad Mahmudov qeyd edib ki, bu cür xeyriyyə tədbirlərinin il ərzində Azərbaycanın daha 5-6 bölgəsində keçirilməsi nəzərdə tutulub

 

 


Kardioloqlardan xeyriyyə aksiyası -  Millət vəkili cənub bölgəsində
Kardioloqlardan xeyriyyə aksiyası -  Millət vəkili cənub bölgəsində