Kardiloqlar bütün şirniyyatların ürək xəstəlikləri və ürək- qan damar sistemi üçün zərərli olduğunu bildirir.
Amma Avropa Qida Təhlükəsizliyi mərkəzi ürək problemlərinə qarşı effektiv olan bir şirniyyatı tövsiyyə edib. Elmi araşdırmalar göstərib ki, gündə 10 qr tünd qara şokolad yemək qan damar sistemi üçün faydalıdır.
Şokoladda olan kakaonun flavanoidləri qanın laxtalanmasını tənzimləyir və pis xolesterini qovur.
Fransa Kardioloqlar Federasiyasının mütxəssisləri isə kakaoda olan B 3 vitamininin tromb əmələ gəlməsinə qarşı olduğunu bildirdi.
Keyfiyyətli şokolad həm də mədəaltı vəzin işimni normallaşdırır. Bu da təzyiqə müsbət təsir edir.