Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardioloq qan dövranı pozulmasının əlamətlərini AÇIQLADI

  • 2022.08.24 14:54
  • 2877 Baxış
Kardioloq qan dövranı pozulmasının əlamətlərini    AÇIQLADI

Ayaqlarda ağrılar qan dövranı pozulmasının əlaməti ola bilər.

"Medicina"xəbər verir ki, kardioloq Kuldip Sinqx qan dövranı pozulmasının qeyri-spesifik simptomunu açıqlayıb.

"Gəzərkən ayaqda ağrı və şişkinlik aşağı ətraflarda qan dövranı pozulmasını göstərir.

Sakit halda yox, gəzərkən və fiziki yüklənmə zamanı ağrılar arteriyaların tutulmasını göstərir.

Əgər qan durğunluğu yaranıb, aşağı ətraflarda toplanırsa, bu varikoz genişlənmə və ödemə, şişkinliyə səbəb olur.

Eləcə də qarında və ya döş qəfəsində ağrılar da qan dövranı pozulmasını göstərir.

Belə simptomlarda kardioloqa getmək mütləqdir".


Aygün Musayeva