Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardioloq qan damarlarını gücləndirən qidaları sadaladı

  • 2025.03.12 12:07
  • 199 Baxış
Kardioloq qan damarlarını gücləndirən qidaları     sadaladı




Güclü və uzunömürlü qan damarlarına sahib olımaq istəyirsizsə, boşqabınızda nə olduğuna fikir verməlisiz.

“Medicina” xəbər verir ki, ali dərəcəli kardioloq Lidiya Kaplenko damarların quruluşundan danışıb:

“Damarlar qan dövran edən qapalı borular sistemidir. Onlar üç növə bölünür (arteriyalar, damarlar, kapilyarlar). Hər biri növü öz funksiyalarını yerinə yetirir.

Hər hansı bir damar zədələndikdə onun funksiyası azalır və ya xəstəlik yaranır.

Damar sistemini işlək vəziyyətdə saxlamaq üçün ilk növbədə, balanslaşdırılmış pəhriz və vitaminlər lazımdır.

Lazım olan vitaminləri sadalayacağam:


Vitamin A (balıq yağında, yumurtada, süddə və s. olur): aterosklerozun əmələ gəlməsində iştirak edən hüceyrələrin oksidləşməsinin qarşısını almaq üçün lazımdır.


B vitamini (taxıllar, süd məhsulları, yaşıl salatlar, kök, qaraciyər, ispanaq və s.): bir çox orqanların tikintisində, stressin qarşısının alınmasında iştirak edir, immunitet sistemini gücləndirir, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir.


Vitamin C (sitrus meyvələri, itburnu, kələm, qara qarağat, ərik, şaftalı, xurma): immunitet sistemini, damar sistemini və s. gücləndirir.
Vitamin K (göyərti, kələm, kivi, banan, avokado) – qanda xolesterin səviyyəsinin artmasının qarşısını alır.

Ümumiyyətlə, ürək-damar sağlamlığı üçün pəhrizinizə aşağıdakı qidaları daxil etməyi məsləhət görürəm:

dəniz məhsulları,
süd məhsulları,
ət,
dənli bitkilər,
tərəvəz,
meyvələr,
yaşıl yarpaqlılar


Aygün Musayeva