Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardioloji xəstəliklərin ƏSAS SƏBƏBİ - XƏBƏRDARLIQ

  • 2018.03.27 12:37
  • 13874 Baxış
Kardioloji xəstəliklərin ƏSAS SƏBƏBİ -  XƏBƏRDARLIQ
Macarıstan qan dövranı xəstəliklərinin səbəb olduğu ölüm hallarının sayına görə Avropa ölkələri arasında üçüncü yeri tutur. İstər kişilər, istərsə də qadınlar arasında xəstəliklərin çoxu yüksək qan təzyiqi ilə bağlıdır.


 

Medicina.az xəbər verir ki, bunu "Generali” sığorta şirkətinin apardığı araşdırma göstərib.


Macarıstanda ölüm hallarının 30 faizinin səbəbi miokard infarktıdır, hərçənd macarlar üçün digər statistik məlumatlar da xoşagəlməzdir. Macarlar ürək-damar sistemi ilə bağlı xəstəliklərə görə xəstəxanada orta hesabla daha çox yatırlar ( 11 gün) və bu da, məsələn, Danimarkada olduğundan iki dəfə (5,5 gün) çoxdur.


Bundan əlavə, Avropada yüksək qan təzyiqi əleyhinə dərmanlar yazılmış reseptlər ən çox Macarıstanda verilir. Macar kişilərin üçdəbir, qadınların isə dörddə üç hissəsindən çoxu arterial təzyiqlə bağlı problemlərdən əziyyət çəkir.


Sığorta şirkətində bildiriblər ki, pis qidalanma və xolesterinin səviyyəsinin yüksək olması arterial təzyiqi yaradan əsas amillərdən biridir. Siqaretçəkmə, qəhvə və alkoqol ürək-damar sisteminə ziyan vurur. Yalnız cüzi miqdarda şərab yaxşı təsir göstərir.


"Egészségközpont” sağlamlıq kompleksinin həkimi Ercebet Bankuti deyib: "Hər gün 30 dəqiqə yerimə və asta qaçış insanın sağlamlıq durumunu xeyli yaxşılaşdırır”.


"Generali” şirkəti profilaktikaya xüsusi diqqət yetirməyi, müntəzəm müayinə olunmağı tövsiyə edir, çünki erkən mərhələdə üzə çıxarılan xəstəliklərin sağalması şansı çox yüksəkdir. (Azərtac)