Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.
Medicina.az xəbər verir ki, bununla bağlı xüsusi yoxlama komissiyası yaradılıb.
İnstitutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.
Komissiyaya tapşırılıb ki, bu həftə ərzində İnstitutda təşkilati, elm, kadr məsələləri, göstərilən tibbi xidmət, maddi-texniki baza, bina və digər tikililər varədə cari vəziyyətin monitorinqi aparılıb, nəticəyə dair arayış təqdim edilsin.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakupost.az saytı institutun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə bir sıra ciddi nöqsanlarla bağlı məlumat yaymışdı.
Aynur
Medicina.az