Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardiologiya institutunda ilk dəfə Angioqrafiya şöbəsi açılır

  • 2024.01.31 15:20
  • 1279 Baxış
Kardiologiya institutunda ilk dəfə Angioqrafiya şöbəsi  açılır
Uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, Kardiologiya İnstitutunda bu vaxta qədər ürək xəstələri üçün vacib olan angioqrafiya müayinəsi yox idi. Xəstələr digər klinikalara angiorqafiya üçün göndərilirdi.

Ürək damarlarının anjusu kimi tanınan bu müayinə artıq İcbari Tibbi Sığorta tərəfindən pulsuz icra edilir.


“Medicina” xəbər verir ki, artıq Elmi Tədqiqat Kardiologiya İnstitutunda Angioqrafiya şöbəsi açılır və angioqrafiya cihazı alınır.


Bunun üçün hətta institutun üçüncü mərtəbəsi boşaldılır, təmir edilir.

İnstitutdan verilən məlumata görə, Angioqrafiya şöbəsi Səhiyyə Nazirliyi tərəfindən təmin edilir, çünki institut nazirliyin nəzdindədir.

Qeyd edək ki, angioqrafik müayinə ürək damarlarının tutulmasını, tromb olub-olmamasını, infarkt zamanı hansı damarın tıxandığını göstərən kontrastlı müayinədir.

Aygün Musayeva