Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardaşyanın bacısının üzündəki şiş əməliyyat olundu

  • 2023.03.10 18:17
  • 1516 Baxış
Kardaşyanın bacısının üzündəki şiş əməliyyat olundu

Kim Kardaşyanın bacısının üzündən şiş çıxarılıb. Xloe Kardaşyan əməliyyatdan sonra çapıq qaldığını etiraf edib.

“Medicina” xəbər verir ki, 38 yaşlı amerikalı realiti-şou ulduzu Xloe Kardaşyan bir neçə ay əvvəl üzündəki şişin götürüldüyünü bildirib.

Kardaşyanın izləyicilərindən biri yeni fotolardan birində görünən yanağındakı yamaq haqqında soruşub. Cavabında əməliyyatdan sonra çapıq olduğunu deyib.

O qeyd edib ki, üzündən şiş çıxartdırıb. O yaranın sağalması və pisləşməsinin qarşısını almaq üçün yamaq taxır.

Kardashian Keeping Up ulduzu şiş haqqında ilk dəfə 2022-ci ilin oktyabrında danışıb. Onun sözlərinə görə, əvvəlcə yeni törəməni sızanaq bilib, lakin 7ay keçsə də partlamayandan sonra biopsiya etmək qərarına gəlib. Nəticədə törəmə əməliyyat olunub.

Aygün Musayeva