Əksər ekspertlər karantinin sərtləşdirilməsi fikrinə etiraz edərək, bu addımın əhalinin iqtisadi durumuna mənfi təsir göstərəcəyini bildiriblər.
Bəs, yoluxmanın qarşısını almaq üçün hansı addımları atmaq lazımdır?
Bu barədə Modern.az-adanışan tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla hesabb edir ki, koronavirus pandemiyasının hələ bitmədiyini nəzərə almaq lazımdır:
“Düzdür, deyirlər ki, pandemiya tarixə qovuşub. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin tövsiyələrini nəzərə alaraq hələlik pandemiyanın davam etdiyini deyir. Çünki bütün ölkələrdə paralel və optimal vaksinasiya getməyib. Dünya əhalisində kollektiv immunitet baş verməyib”.
Həkimin sözlərinə görə, vaksinasiya məsələsində Azərbaycan digər ölkələrdən fərqlənir:
“Digər ölkələrdən fərqli olaraq, bizdə əhalinin böyük hissəsi vaksinasiyadan keçib. İnsanlarda immunitet yaranıb. Amma omikron ştammının sonuncu mutasiya olmadığı, mutasiya prosesinin davam etdiyi nəzərə alınmalıdır. Yeni mutasiyaların necə təsir göstərəcəyini hələ bilmirik. Buna görə də, nə qədər pandemiya bitməyib, karantinin davam etməsi normal hal kimi qəbul edilməlidir”.
A.Qeybulla vurğulayıb ki, karantin rejiminin sərtləşdirilməsi epidemioloji vəziyyətlə əlaqədar olacaq:
“Karantin qaydaları çox yumşaldıldı. İnsanlar elə bilirlər ki, virus artıq yoxdur. Ancaq bu belə deyil. Bəli, epidemioloji vəziyyət gərginləşərsə, Karantin ona uyğun sərtləşdirilə bilər”.
Narazılıq və mitinqlər başlayan kimi dünyada yaddan çıxan xəstəlik dubinka əvəzinə istifadı olunacaq