Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantinin azaldılması düzgün addımdır - İnfeksionist

  • 2022.01.24 14:27
  • 1929 Baxış
Karantinin azaldılması düzgün addımdır -  İnfeksionist
Azərbaycanda bu gündən test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Medicina.az -ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov xatırladıb ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.

O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir: "Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi.

Yeni qərarın verilməsi “Omicron” ştamı ilə əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.
Karantinin azaldılması düzgün addımdır -  İnfeksionist