İnsan Haqları Müşahidə Təşkilatının (HRW) məlumatına görə, bu vaxta kimi kartellərin elan etdiyi ağır karantin şərtlərinə əməl etməyən 9 nəfər öldürülüb.
Ölkənin 32 əyalətindən azzı 11-də hökumətin elan etdiyi qərarlar yerinə kartellər öz "ədalət" sistemlərini işə salıblar. Yerli hökumət nümayəndələrinin belə bu qruplaşmalar tərəfindən təhdid edildikləri barədə məlumatlar yayılıb.