Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris dövlətlərin karantin tədbirlərini aradan qaldırmaq üçün müəyyən şərtləri həyata keçirməli olduğunu bildirib.
Medicina.az xəbər verir ki, bir sıra dövlətlər Çin hökümətinin Uhanda atdığı addımları əsas götürüb.
“Ölkələr koronavirusun hansı bölgələrdə daha tez yayıldığını bilmədiyi üçün sərhədləri bağlayblar. Karantini aradan qaldırmaq üçün ilk öncə bu bölgələr müəyyənləşdiriliməli və təcrid edilməlidir. Sağlam insanlar xəstə insanlardan uzaqlaşdırılmalıdır”, - deyə ÜST nümayəndəsi əlavə edib.