"Əslində qapalı mühitdə maska taxmayan, karantin şərtlərinə əməl etməyən şəxsləri cəzalandırmaq lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor "evdə qal”, SMS-lə icazə sisteminin tərafdarı olmadığını deyib.
"Niyə onların məsuliyyətsizliyini başqaları ödəməlidir? Niyə onlar kiməsə görə SMS-lə evdən çıxmalıdır? Hər kəs öz cəzasını almalıdır. Qapalı mühitdə tam ciddi nəzarət olmalıdır. Maskadan düzgün istifadə etmək, ara məsafəni qorumaq - hər şeyə nəzarət olunmalıdır”.
Adil Qeybulla ictimai nəqliyyatda qayda-qanun yaratmağın vacib olduğunu deyib: ""Evdə qal” ilə məsələ bitmir. Biz bu şərtlərə əməl etməliyik”.
Bu virus cox yayilir tecili olaraq sms saat tetbiq etmeli ve özumuzi tecrid etmeliyik.