Rusiya Prezidenti Vladimir Putin karantinə gedə bilər. Buna səbəb onun ətrafında bir çox insanın koronavirusa yoluxmasıdır.
Medicina.az xəbər verir ki, bu barədə Putin Kremldə paralimpiyaçılarla görüşü zamanı deyib.
"Mənim ətrafımda COVID-lə əlaqədar problem yaşanır. Düşünürəm ki, tezliklə özüm karantinə alınmalı olacağam. Ətrafda bir çox insan xəstədir", deyə Rusiya lideri vurğulayıb.