Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantində Qubada dincələn ÜST nümayəndəsi üzr istədi - Fotolara görə

  • 2020.06.16 10:34
  • 5176 Baxış
Karantində Qubada dincələn ÜST nümayəndəsi üzr istədi  - Fotolara görə
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Qusarda istirahəti zamanı çəkilən və sosial şəbəkələrdə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.

"BakuPost"un məlumatına görə, Harmançı sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istədiyini bildiirb.

"Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.