Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantində olan şəxslərin analiz nəticələri necədir? - Qərargahdan AÇIQLAMA

  • 2020.02.29 10:39
  • 4662 Baxış
Karantində olan şəxslərin analiz nəticələri necədir? -   Qərargahdan AÇIQLAMA
"Karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir".

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.

"Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir.
Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".