Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantində həyat qaraciyəri necə sıradan çıxarır?– Nələr etməli?

  • 2020.06.03 19:02
  • 2898 Baxış
Karantində həyat qaraciyəri necə sıradan çıxarır? – Nələr etməli?

Karantin dövründə və ondan sonra bir çox insanların sağlamlığında, əhvalında problemlər, pisləşmə, enerji azlığı və gücsüzlük hiss edir.

Bu problemlərin arxasında qaraciyərin ciddi yüklənməsi, piylənməsi, işinin pozulması dayanır.

Medicina.az karantində hansı səhvlərdən qaraciyərin toksinləşməsi, piylənməsi və funksiyalarının pozula biləcəyini təqdim edir.

Qaraciyər üçün ən təhlükəli zəhərli toksinlərdən biri ammiakdır.

Ammiak özü orqanizmdə zülal tərkibli qidaların həzmi zamanı yaranır və bu normaldır. Qaraciyər özü onu zərərsizləşdirə bilir.

Ona görə biz ammiakın təsirini hiss etmirik.

Əgər qaraciyər ammiakı zərərsizləşdirə bilməsə və ya ammiak hansısa yollarla normadan çox hasil olsa, orqanizmə daxil ola, o zaman bədən zəhərlənir, qaraciyər ensefalopasiyası və baş beynin zədələnməsi baş verir.



Qaraciyər ensefalopatiyasının əlamətləri bunlardır:

- Yorğunluq, zəiflik, fiziki iş və yükə dözümsüzlük
- Diqqət və yaddaşın pozulması
- Pis əhval ruhiyyə, qıcıqlanma, əsəb

- Gündüz yuxululuq, baş gicəllənmə, qulaqlarda küy
- Baş ağrıları, gecələr yuxusuzluq
- Ammiak qaraciyər toxumasını zədələyəndə orda fibroz toxuma əmələ gəlir.

- Simptomlar əvvəl gizli olur, uzun müddət çəkir, insan başqa xəstəliklərdən şübhələnir, amma sonra hər şey ani sürətlə pisləşir.

Bu kimi hallar baş verərsə, terapevt və ya hepatoloqa müraciət edərək, müəyyən qaraciyər analizlərdən, ammiakı təyin edən testdən keçməlisiz.

Qaraciyərimiz daha çox nədən əziyyət çəkir?

Bu stresli dönəmdə qaraciyərə neqativ təsir göstərən amiləri sadalayırıq.

1. Yanlış, zərərli, qeyri-sağlam qidalanma

Yediyimiz və bağırsaqlarda sovrulan bütün qidaların qalıq maddələri qaraciyərdən keçir. Yeməyin miqdarı, yağlılığı, keyfiyyəti bu orqan üçün çox vacibdir.

- Həddən artıq yağlı, piyli, heyvan yağlarından ibarət qidalar qaraciyərin bir nömrəli düşmənidir.
Evdə oturaraq, evə pitsa, dönər, hamburger, fast food, qızarmış kartof, toyuq, kolbasa, kərə yağı və s. yemək
qaraciyər hüceyrələrini yükləyir, piy hissəciklərini artırır, funksiyalarını pozur

- Bütün növ şirniyyatlar, qənnadı məhsulları, undan bişmələr, düyü, kartof evdə oturarkən enerjiyə çevrilir sərf olunmur. Bunları qaraciyər yağa çevirib, depolayır və ona görə öz hüceyrələri piylənir.

2. İçki, qazlı içkilər, alkoqol

Evdə oturarkən stresə qalib gəlmək üçün içkiyə aludə olmaq və fikirləri azaltmaq üçün alkoqoldan istifadə qaraciyərin alkoqol piylənməsi və toksinləşməsini sürətləndirir.

Kişilərin sutkada cəmi 40 qram spirt,yəni 100 ml araq, 400 ml çaxır içməsi kifayətdir ki, qaraciyər toksinləşsin. Qadınlarda bu doza iki dəfə azdır.

3. Müxtəlif dərmanlar

Çox sayda lazımlı, lazımsız dərmanların, BAD-ların qəbulu, xüsusən ağrıkəsicilər, təzyiq dərmanları, antibiotiklər, paracetamol özü, müxtəlif öskürək siropları, arıqlama preparatları, mənşəyi bilinməyən vitamin komplekslərinin qəbulu qaraciyər tərəfindən orqanizmə zəhər hücumu kimi qəbul edilir və o bu dərmanların qalıqlarını tez zərərsizləşdirmək üçün var gücü ilə çalışır. Ona görə çox dərman qaraciyər iltihabı, toksiki hepatit yarada bilər.

Qeyd edək ki, bu ərəfədə adi qrip və koronavirus keçirmiş xəstələrin sonradan qaraciyəri nəzarətə götürüb, müayinə və müalicə etməsinə ciddi ehtiyac var.

Karantindən sonra qaraciyəri necə bərpa etməli?

Qaraciyər təbiətən özünü bərpa etməyə qadir orqandır. Bunun üçün ona mənfi təsir edən toksin, factor aradan qalxmalı, ona dinclik verilməlidir.

Bir çox dərmanlar da qaraciyər detoksikasiyası və hüceyrələrin bərpası üçün var.

Təhlükəli ammiakın səviyyəsinin azaldılması üçün də preparatlar var.

Siz isə rasion və gündəlik qidalanmanızı dəyişməlisiz. Heyvan mənşəli yağ və qidaları, şirniyyatı, hisə verilmiş qidalar, acılı, istiotlu, duzlu yeməkləri çıxarırsız.

- Fiziki aktivlik, pidaya çox gəzmək, idman, gimnastika lazımdır.
- Stresi azaldır və relaks üçün nə lazımdırsa edirsiz
- Yaxşı yatırsız

- Spirtli içkilərdən tam imtina
- Bol təmiz su

- Dərman preparatlarını həkim nəzarəti ilə azaltmaq

- Hətta müxtəlif bitki çaylarını da bir müddət yığışdırmaq