“İlk yumşalmanın başladığı 4 may tarixindən 10 may tarixi arasında 587 yeni yoluxma aşkarlanmışdır. Bu da koronavirus başlayandan, fevraldan bu vaxta kimi gördüyümüz ən yüksək rəqəmlər idi.
11 may 17 may arasındakı bir həftə ərzində 755 nəfər yoluxma olub. Yenə də bu qədər yoluxma sayı görməmişdik”.
Medicina.az xəbər verir ki, bunu qərargahın bu günkü brifinqində təbib rəsmisi Yaqut Qarayeva bildirib.
“Gördüyünüz kimi, karantin yumşaldıqca, yoluxanlar da artıb.
18 maydan etibarən karantin bir daha yumşaldıqdan və bir çox yerlər açıldıqdan sonrakı həftə ərzində də yoluxanların bu templə artacağı istisna deyil.Bu əlbəttə ki, normal deyil. O deməkdir ki, sosial məsuliyyətə yetəri qədər əməl olunmur”.