Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantin rejimi sərtləşdirilir? - Baş infeksionistdən AÇIQLAMA

  • 2020.10.15 17:34
  • 1871 Baxış
Karantin rejimi sərtləşdirilir? -  Baş infeksionistdən AÇIQLAMA

Yoluxma sayında kəskin artımın baş verməsi ilə bağlı məhdudiyyətlərin olub-olmaması Operativ Qərargahın müəyyənləşdirəcəyi məsələdir. İstənilən halda addımlar situasiyaya uyğun atılır.

Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O, qeyd edib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verilən qərarlar yaxın günlərdə bəlli olacaq.

“Məsələnin sadəcə tibbi deyil, iqtisadi tərəfləri də hesablanır və ona uyğun qərarlar qəbul olunur. Sərtləşdirilmənin və hansı məhdudlaşmaların olub-olmayacağını əvvəlcədən söyləmək çətindir. Buna vəziyyətdən asılı olaraq Operativ Qərargahın mütəxəssisləri kollektiv şəkildə qərar verəcək. Təbii ki, artım olarsa, uyğun qərarlar yenidən qüvvəyə minə bilər. Hələlik bu, müzakirə mərhələsindədir”.

Baş infeksionistin sözlərinə görə, yoluxma sayının artmasının bir səbəbi mövsümlə, ikincisi isə əhalinin qeyd olunan qaydalara laqeyd davranışı ilə bağlıdır.