Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantin günlərində ən çox uşaq Cəlilabadda doğulub

  • 2020.05.14 17:57
  • 1487 Baxış
Karantin günlərində ən çox uşaq Cəlilabadda doğulub



Bu ilin aprelində, yəni koronavirus infeksiyasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycanda dövlət qeydiyyatına alınan doğum sayı məlum olub.

Medicina.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat yayılıb.

Cari ilin aprel ayında qeydiyyat orqanlarında 6 097 doğum dövlət qeydiyyatına alınıb və say baxımından ilk beşlikdə doğumu daha çox Ədliyyə Nazirliyinin Cəlilabad, Lənkəran rayon və 1, 2, 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar.