Aprel ayında Bakıda havada olan çirkləndirici maddələr 45-50 faizə qədər azalıb
Aprel ayında Bakı şəhərinin nəqliyyat sıxlığı çox olan yerlərində - Neftçilər, Nobel, Heydər Əliyev prospektlərində, Ukrayna dairəsində havada olan çirkləndirici maddələr 45-50 faizə qədər azalıb”.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, may ayında karantinin yumşalmasından sonra atmosferdə çirkləndirici maddələrin miqdarı 30-35 faiz artıb.