Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karadenizde pandemiya riski?- Yeni mutasiya TƏHLÜKƏSİ

  • 2021.03.04 15:51
  • 1713 Baxış
Karadenizde  pandemiya riski? - Yeni mutasiya TƏHLÜKƏSİ
Karadeniz bölgəsi Türkiyənin digər ərazilərinə görə daha riskli sayılır.

Medicina.az xəbər verir ki, alınan tədbirlərə və karantinə baxmayaraq Karadenizdə yoluxma sayı enmir. Buna görə də mütəxəssislər çalışmalara başlayıb. Türkiyəli professor Faruk Aydın və komandası bölgəyə aid yeni bir mutasiyanın olub-olmadığını araşdıracaq. Faruk Aydın bölgədəki yoluxma sayını nəzarətdə saxlamaq üçün bu addımı atdığını bildirib:

“Bu bölgədə yoluxma sayının 4 dəfə yüksək olmağının bir başqa səbəbi olmalıdır. Mutasiya mütləq var demirik amma bu sayıları saxlayan səbəb var. Səbəblərdən biri də yeni bir mutasiya ola bilər. Buna görə də araşdırmalara başlamışıq. Həmçinin mutasiya gözləntimiz çox yüksək deyil. Ümumiyyətlə, bununla bağlı daha dərin araşdırmalar, çox daha geniş qruplar halında çalışmaq lazımdır”.