Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı özünü pis hiss edib.
Bu barədə Medicina.az xarici mətbuata istinadən xəbər verir.
Qırmızı xalıda dayanan zaman Almaniya Nazirlər Kabineti rəhbərini güclü əsməcə tutub. O, dövlət himni səslənən müddətdə əllərinin vəziyyətini təxminən on dəfə dəyişib.
Zelenski isə heç nə olmamış kimi dayanmağa davam edib.
Ehtimala görə kanslerin bu vəziyyətinə səbəb havanın isti olması olub.
Çünki həmin gün Berlində 30 dərəcəyədək isti olub.
Daha sonra Merkel mətbuat konfransında görüntülərindən danışıb. O, "3 stəkan su içmişdim, amma bu, mənə bəs etmədi. İndi yaxşıyam” deyib.