Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kandida göbələyinin təbii müalicəsi - 7 resept

  • 2023.07.12 18:34
  • 11431 Baxış
  Kandida göbələyinin təbii müalicəsi   -  7  resept
Qadınlarda kandida göbələyi daha geniş yayılmış xəstəliklərdən biridir.

“Medicina” xəbər verir ki, vaginal göbələyin əmələ gəlməsinə səbəblər aşağıdakılardır:


• immunitet sisteminin zəifləməsi;
• diabet;
• vaginanın mikroflorasının pozulması;
• antibiotiklər və hormonal dərmanlar qəbul etmək;

• uşaq dünyaya gətirmə müddəti;
• sintetik alt paltarları geymək;


Simptomlar:

• yuxu zamanı və su prosedurlarından sonra güclənən qaşınma;
• kəsmikə bənzər ifrazat;
• cinsi əlaqə zamanı və tualetə gedərkən ağrı;

Tibbi preparatlarla yanaşı xalq təbabəti də köməyə yetir.

1. Çobanyastığı. Bu, iltihab əleyhinə, antifungal təsir göstərən, selikli qişalarda mikrotravmaları sağaldan, bir çox xəstəliklərin müalicəsi üçün çox yayılmış bir bitkidir. Kandidanın müalicəsi üçün çobanyastığı həlimı hazırlamaq lazımdır. Bir litr su üçün 2 xörək qaşığı qurudulmuş çiçək götürmək, qaynatmaq və 30 dəqiqə soyutmaq lazımdır. Yaranan mayeni süzün və gündə 2 dəfə yuyunun – daxili və xarici;

2. Soda - xəstəliyin simptomlarının öhdəsindən gəlməyə və vaginanın mikroflorasını bərpa etməyə kömək edir. Bir stəkan isti suda bir çay qaşığı soda götürün. Həm daxili, həm də xarici yuyunmada istifadə etmək olar. Sodalı vannada isə təxminən yarım saat otura bilərsiniz;

3.Kalanxoe bitkisi - Bir dərman bitkisinin təzə şirəsinə tampon isladılır və vaginada 2 saat ərzində saxlanılır. Bu prosedur səhər və axşam təkrar olunur.

4. Bal – kandidanın aradan qaldarılmasına kömək edir. Hazırlamaq üçün bir stəkan suya 1 xörək qaşığı bal lazımdır. Tamponu bu məhlulda isladıb bir gecədə vaginada saxlamaq olar.

5. Deqtyar sabunu - antibakterial və antifungal təsir göstərir. Candida ilə çox yaxşı mübarizə aparır. Yuyarkən gündə iki dəfə sabundan istifadə etmək lazımdır.





6. Kalium permanqanat – marqanes kimi tanıdığımız bu antibakterial tozu suda qarışdıraraq, gündə iki dəfə yuyunmaq olar. Məhlul bir az çəhrayı rəngə çevrilməlidir və yanıqlar baş verə biləcəyi üçün bu tozdan çox az miqdarda istifadə etmək lazımdır.

7. Çaytikanı yağı - mükəmməl şəkildə sağaldır, göbələklərlə mübarizə aparır. Tamponu yağda islatmaq və vaginaya daxil etmək, bir gecə saxlamaq lazımdır.

Günay Quluzadə