Dünya koronavirusla mübarizəyə davam edərkən Kanadadan qorxunc bir xəbər gəldi.
Medicina.az xəbər verir ki, “New Brunswick” əyalətində 40-dan çox insanda naməlum beyin xəstəliyi aşkarlandı. Mənşəyi bilinməyən, iləriləyici olan bu xəstəliyin 45 nəfərdə olduğu, 35 min insanda təsdiqlənməmiş, 8 nəfərdə isə şübhəli hal olduğu açıqlandı.
Araşdırmaçılardan Jennifer bununla bağlı danışıb: "Böyük ehtimal yeni bir xəstəlikdir. Səbəbini bilmək üçün araşdırmalar aparılır. Amma qarşımızda çox iş var”.
Iflscience.com saytına yer alan xəbərə görə xəstəlik müxtəlif yaş qruplarına, hətta bəzi gənclərə də təsir edir. Kanadanın başqa bir yerində və ya fərqli ölkələrdə buna rast gəlinməyib.
Bu xəstəlik ilk dəfə 2015-ci ildə ortaya çıxıb. Amma son illərdə daha da artıb. 2019-da 11, 2020-də 24 xəstəlik daha aşkarlandı. 5 nəfərin isə bundan öldüyü hesab edilir.
Xəstəliyə tutulan insanlarda davranış dəyişiklikləri, yuxu pozuntuları, ağrı, “xəyal” görmək, şiddətli əzələ ağrıları kimi nevroloji əlamətlərə rastlanılır.