Kalsiumlu qida əlavələri (BAD) ürək-damar üçün zərərli ola bilər.
"Medicina" xəbər verir ki, kardioloq Oleq Varfolomeyev kalsiy dərmanlarının zərərini açıqlayıb.
"Hazırda uşaq və yaşlılarda kalsium mineralı kəskin defisitdir.
Ona görə insanlar özləri də apteklərdən əlavələr alıb içir.
Kalsium sümük, əzələ sistemini möhkəmlədir. Amma son elmi tədqiqatlar göstərib ki, bir çox insanlar və xəstələr üçün bu preparatlar təhlükəlidir.
Belə ki, müntəzəm kalsium preparatı içmək ürək-damarı tıxaya bilər. Belə ki, sintetik kalsium orqanizm tərəfindən tam mənimsənilmir, ona görə içilən kalsium atreriyalarda toplanır, nəticədə damarlar ionlaşır.
Bu da damar tutulması, tromboz, insult, infarkt riskini artırır.
Ona görə yaşlılara və xəstələrə kalsium çox ehtiyatla təyin olunmalıdır.
Kalsiumu təbii qidalardan alsanız, damarlar üçün təhlükə olmaz.
Bünlar pendir, kəsmik, çörək, balıq, mal əti, sümük, küncüt və s.-dir.
Aygün Musayeva