Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kalsium defisitindən qaçmaq üçün bu 2 qidanı yeyin

  • 2023.09.25 18:46
  • 1939 Baxış
Kalsium defisitindən qaçmaq üçün bu   2 qidanı yeyin

Hazırda uşaqlar və gənclər arasında ciddi kalsium defisiti var. Bu isə təkcə sümüklərə deyil, digər orqanlara da təsir edir.

“Medicina” xəbər verir ki, dietoloq Mixail Qinzburq kalsium azlığı zamanı əzələlərin zəiflədiyini, saç, dırnaqların qırıldığını, çanaq və onurğada ağrılar olduğunu bildirib.

Eləcə də bu adamlar əsəbi və nevroz olur.

Kalsium defisitini düzəltmək üçün orqanizmdə yaxşı sovrulan kalsium mənbəli qidaları qəbul etməyi tövsiyə edib.

“İnsan heç vaxt sutkalıq kalsium ehtiyacını təmin edən qidaları tam qəbul etmir. Bunun üçün tərkibində maksimum kalsium çox olan qidaları seçmək lazımdır.

Bu qidalarda D və K2 vitamini də olmalıdır ki, kalsium mənimsənilsin.

K 2 vitamini hər şeydən çox paxlalılarda, lobya, noxudda var. Gündə 1 pors yemək lazımdır. D vitamini isə balıqda, yumurta sarısındadır. Gündə 2 ədəd də yumurta mütləqdir.

Xüsusən məktəbli və tələbələrdə bu qidaları müntəzəm daxil edin”.

Aygün Musayeva