Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kalsium defisiti infarkta səbəb olur

  • 2024.01.09 20:57
  • 1002 Baxış
Kalsium defisiti infarkta səbəb olur

Orqanizmdə, qanda kalsium azlığı qəfləti infarktın səbəbi ola bilər.


“Medicina” xəbər verir ki, Los Anceles Sağlamlıq institutunun alimləri bu qərara gəlib.

Kalsium təkcə sümük və dişlərin yox, ürək-damarların da sağlamlığına cavabdehdir.

Tədqiqat göstərib ki, qəfil ürək dayanması yaşayan xəstələrin 70%-in əvvəllər ürək xəstəliyi və problemi olmayıb.

Buna görə də tibb bu fenomenin sirrini açmağa çalışır.

Bu tədqiqat göstərib ki, çox qəfil infarkt keçirən xəstələrin qanında kalsium səviyyəsi çox aşağı olub.

Alimlər 267 nəfəri təhlil edib.

Xəstələrdən ürək tutmasına 90 gün qalmış analizlər götürülüb. Qəfil ürək tutması olan insanlarda qan zülalında kalsium normadan aşağı olub.

Bu defisit daha çox diabet, ağciyər və böyrək xəstələrində daha çox rast gəlinir.

Aygün