Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kaliy çatışmazlğı yüksək təzyiq yaradır - Nə yeməli?

  • 2022.10.05 13:46
  • 2146 Baxış
Kaliy çatışmazlğı yüksək təzyiq yaradır  - Nə yeməli?


Kaliylə zəngin qida, meyvələrin rasionda olmaması təzyiqin yüksəlməsinə səbəb olur.


"Medicina" xəbər verir ki, Mayo klinikasının həkimləri bunu onunla izah edir ki, kaliy az olanda orqanizmdə natriy çoxalır və təzyiq qalxır.

Kaliy duzu balanslaşdırmağa kömək edir və ürək əzələsini işlədir.
Bu mineralın defisiti ürəyi də zəiflədir.

Kaliy olmadıqda natriy arteriyalara təzyiqi artırır.
Yaşlılarda bədən susuzlaşanda da kaliy azalır.

Yüksək təzyiqi nəzarətdə saxlamaq üçün kaliylə zəngin qidalar yemək lazımdır.

Kaliy - yağsız ətdə, yarmalarda, kartof qabığında, buğdada, yaşıl noxudda, paxlalılarda, balqabaq, kök, ərik, çuğundur, kələm və göyərtidə var.

Eyni zamanda çox miqdar kaliy də böyrək xəstələri üçün təhlükəlidir. Kaliyi preparat kimi qəbul etmək üçün həkimlə məsləhətləşin.

Aygün Musayeva