ABŞ-ın iri ştatlarında meymunçiçəyinə yoluxmanın alovlanması ilə bağlı Nyu Yorkdan sonra Kaliforniyada da fövqəladə vəziyyət elan edilib.
Bakupost.az xəbər verir ki, qubernator Qevin Nyuson bu barədə rəsmi olaraq elan verib.
Yoluxmanın qarşısını almaq üçün rəsmilər bundan təsirli vasitə görmür.
Əhalinin çiçək vaksini ilə peyvəndlənməsi koronavirus üçün yaradılmış hazır klinikalarda aparılacaq.
Qubernator federal hökumətə dərmanların təkcə çiçəyə yoluxanlara yox, onlarla təmasda olanlara da paylanmasını xahiş edib.
Son məlumata görə, hazırda ştat 61 min doza vaksin alıb.