Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kağız salfetlər sağlamlıq üçün təhlükəlidir

  • 2022.01.21 13:59
  • 1761 Baxış
Kağız salfetlər sağlamlıq üçün təhlükəlidir

Alimlər dəfələrlə kağız dəsmalların sağlamlıq üçün ciddi təhlükə mənbəyi olduğunu açıqlayıblar.

Medicina.az xəbər verir ki, istifadə olunmamış kağız dəsmallarda müxtəlif xəstəliklər törədən bakteriyalar toplanır. Bu isə o deməkdir ki, patogenlər insanın əlinə yuyulduqdan sonra da düşə bilər.

Xüsusilə zəif immunitetli insanlar daha çox təhlükədədirlər.

Ekspertlər müxtəlif markaya məxsus kağız dəsmalları sınaqdan keçiriblər və bütün nümunələrdə bakteriyalar aşkar edilib.

Bakteriyalar daha çox təkrar emal edilmiş liflərdən hazırlanan dəsmallarda görülüb.

Həmin dəsmallarda bakteriyalar asanlıqla çoxalır, çünki nişasta kimi yapışdırıcı inqridiyentlər bakteriyalar üçün qidadır. Hansı ki, göz, ağ ciyər, qan və mərkəzi sinir sistemi xəstəliklərinə səbəb olurlar. /aztibb.az/