"Növbəti yumşalmalar avqustun 5-dən sonra baş verməlidir. Kafe, mağaza və restoranların açılması da tədricən olacaq, bu, qaçılmazdır".
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov qeyd edib ki, açıq havada kafelərdə risklər azalır:
“Bunların hamısı nəzərə alınacaq. Bu addımlar tədricən atıılmalıdır ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik. Yumşalmalara gedəcəyik, bu tədricən olacaq”.