Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması barədə xəbər həqiqətə uyğun deyil.
Medicina.az xəbər verir ki, parlamentin spikeri Maqomed Daudov İnstaqramda açdığı canlı yayım zamanı bunları deyib.
“Müxtəlif dedi-qodu gəzir, daha nələr demirlər. Mən bəyan edirəm ki, bizim respublikamızın başçısı Ramzan Kadırov sağlamdır, onun haqda yazılan və deyilənlər yalnışdır”, - o bildirib.
“Onlar nə istəyirlər yazırlar, hansısa xəstəliklər, hansısa faizlər haqda. Bunlar hamısı yalandır. Mən bilirəm ki, xalq bu söz-söhbətlərdən narahatdır və sizi sakitləşdirmək istəyirəm: hər şey yaxşıdır”, - Daudov əlavə edib.