Kömürdə bişmiş ət yeməyi və qrili soyuq su və pivə ilə qəbul etmək sağlamlıq üçün zərərlidir.
“Medicina” xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux kababın ödə zərəri barədə məlumat verib.
“Soyuq içkilər öd yollarının spazmına səbəb olur. Nə qədər su buzlu və soyuq olarsa, spazm bir o qədər güclü olur. Xüsusən kabab yedikdə öd şirəsi daha tələb olunur. Spazmlar isə kababın həzm olunmasını və 12 barmaq bağırsaqdan keçməsini əngəlləyir.
Kababla yanaşı potensial təhlükəli içki isə alkoqoldur. Bu ikili orqanizm üçün ciddi yükdür. Spirtli içki toksinlərin hasilini artırır. Bu da ürək və qaraciyəri yükləyir. Orqanizm çox sağlam və güclü olmalıdır ki, kababla içkini özünə zərər vurmadan həzm etsin.
Kababla meyvə şirələri, xüsusən təzə sıxılmış şirə qətiyyən uyğun deyil. Neytral variant ilıq kompot, yaşıl çay, qazsız sudur”.
Aygün Musayeva