Kababı çörək və yağlı qidalar, südlü kokteyl və şirin, spirtli içkilərlə birgə yemək olmaz.
“Medicina” xəbər verir ki, mütəxəssislərin fikrincə, kömürdə və ya odda qızardılmış ətlə başqa tərkibdə qidaları qarışdırmaq sağlamlığa ziyandır.
Məsələn, ət ketçup, mayonez sousları ilə qarışdırılmamalıdır. Bütün bunlar həzm prosesini pozur.
Kababı xüsusilə kişilər alkoqollu içkilərlə yeyir. Şirin şərablar, şirin qazlı alkoqollu içkilər bağırsaq qıcıqlanması, gəyirmə, meteorizmə səbəb olur.
Buna görə də mümkün olduğu qədəri ilə alkoqolu kabablarla bərabər qəbul etmək doğru deyil.
Kababla həzmi yaxşılaşdıracaq məhsullara üstünlük vermək lazımdır.
İlk növbədə, göyərti, bitkilər və tərəvəzlər, xüsusən də pomidor, soğana üstünlük verin.
Pomidorda kababın parçalanmasına kömək edən turşular var. Eləcə də turşu kələm və xardal da həzmi stimullaşdıracaq.
Günay Quluzadə