Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kabab iyi və tüstüsü ziyanlıdır – Xərçəng yaradan kanserogen maddə var

  • 2018.05.24 17:13
  • 17163 Baxış
Kabab iyi və tüstüsü ziyanlıdır –  Xərçəng yaradan kanserogen maddə var
Qrildə, bizdə isə manqalda bişirilən ət, yəni kababdan çıxan ətirli tüstü insan səhhəti üçün təhlükəli imiş.

 

Əslində, uşaqlıqdan bizə manqalın tüstüsünü ciyərlərimizə udmamağı tapşırırdılar. Amma indi Çinli alimlər xəbərdarlıq edir ki, kabab bişərkən ətdən ayrılan PAU adlanan poliçiklik maddə xərçəngi yarada bilən qazlardandır.


Medicina.az xəbər verir ki, bu birləşmənin insan orqanizmə düşmə yolu yalnız qril və manqal ilə mümkündür. Birinci yerdə kabab, qrildə bişmiş yemək yeməyi xoşlayanlar gəlir, ikinci yerdə o tüstünü udacaq qədər yaxınlıqda olanlar. PAU orqanizmə ağciyərlər və dəri vasitəsilə keçir. 


Ekspertlər manqal tüstüsündən uzaq durmağı, manqalda kabab bişirən işində çalışırsızsa, maska taxmağı və uzunqol geyim geyinməyi, sonradan bu geyimləri dərhal çıxarıb, yumağı məsləhət görür.

 

Çünki geyim kanserogen maddəni hopdurub özündə saxlayır və uzun müddət bədənlə təmasda dəri ilə daxilə keçir.